Almaniya və Fransa birgə döyüş təyyarəsi layihəsini dayandırıb.
News365.az xəbər verir ki, Almaniya və Fransa gələcək hava döyüş sistemi proqramının (FCAS/SCAF) əsas elementi olan yeni nəsil döyüş təyyarəsi (NGF) layihəsini faktiki olaraq dayandırıb.
Məlumata görə, layihədə iştirak edən Fransanın Dassault Aviation və Avropanın Airbus şirkətləri iş bölgüsü və əqli mülkiyyət hüquqları ilə bağlı razılığa gələ bilməyiblər.
Bu səbəbdən tərəflər birgə döyüş təyyarəsinin hazırlanması istiqamətində əməkdaşlığı davam etdirə bilməyib.