Aşıq Ələsgər
təkcə Azərbaycanda yox, Türkiyədə, İranda və Dağıstanda da ustad bir sənətkar
kimi tanınmışdır. XIX əsrin 50-ci illərindən başlayaraq çiynində saz müxtəlif
mahalları gəzib-dolaşan aşıq çoxsaylı məclislərdə iştirak edib. Deyişmələrdə
çox aşığı bağlayan Aşıq Ələsgər eyni zamanda dini mövzularda da bilikli olub.
Aşıq Ələsgər
əbcəd hesabından, hurufat elmin gözəl bilirdi. Onun
"Əlif"dən
dərs aldım, əbcəd öyrəndim,
Huş verdim,
öyrəndim yazıq "əmmə"ni
Ələsgərəm, çətin
adam sayılam,
Vacibatda
hurufatın sayı "lam"-misraları göstərir ki, tək din yox digər elmlər
barədə də bilgiləri olub.
1921-ci ildə
o, Ağkilsəyə qayıtmış, ömrünün son illərini doğma kəndində yaşamışdır. Ömrünü
müxtəlif məclislərdə keçirən aşıq evdə oturmaqdan darıxır, qocalıqdan, xəstəlikdən
şikayətlənirdi. Son şeirlərindən birində yazır:
Səksəni,
doxsanı keçibdir yaşım,
Əzrayıl həmdəmim,
məzar yoldaşım.
Gor deyə tərpənir
bəlalı başım,
Daha köç təbilin
çal, qoca baxtım.
Oxuduğuma
görə Aşıq Ələsgər son nəfəsində onun üstündə Quran oxuyan mollanı dayandırır.
Deyir “Molla
oxuduğun ayəni düzgün tələffüz elə, gedirəm onsuz da, mənim pak ruhumu napak eləmə”.
Bunu eşidən
onun başına yığışanlar təəccüblə ona baxırlar, az sonra isə Aşıq rəhmətə gedir.
1926-cı il mart ayının 7-də doğulduğu kənddə Ağkilsə qədiristənlığında dəfn
olmuşdur.
Onun ölümü
şeir, sənət həvəskarlarının dərin kədərinə səbəb olur. Həmin ağır günlərdə
aşığın son nəfəsinə qədər yanında olan dostu Zodlu Abdulla qəbri üstündə bu
şeiri deyir :
Dağlar qan
ağlayır düşüb borana,
Daha bundan
sonra çətin yarana.
Göyçə qana
batsın, qaldı virana,
Daha Ələsgər
tək ad alan varmı?!
1972-ci ildə
Azərbaycanın xalq rəssamı Böyükağa Mirzəzadəyə Aşıq Ələsgərin portretin
yaratmaq sifarişi olunur. Göyçə gölü rəsmini 1960-cı ildə uğurla çəkəndən sonra
elə bu mahalın tanınan siması Aşıq Ələsgərin portretin çəkmək ona tapşırlır. O
bunun üçün Göyçə mahalına gəlir, yaşlı insanlarla görüşür. Sonra Ağkilsə kəndində
gedir. Aşıq Ələsgər barədə deyilənlər əsasında onu belə təssəvvür edir. Amma rəssamın
yanıldığı bir məqam olur.
Aşıq Ələsgər
solaxay idi.
Zaur Əliyev, tarixçi alim