Rus şairi, etnoqrafı, məmur Yakov Polonski Rusiya imperiyasının Qafqaz bölgəsində dövri nəşri olan "Kavkaz" qəzetinin redaktor köməkçisi işlədiyi dönəmdə, 1847-ci ildə ona regionda olan statistik faktların toplanması barədə yazı hazırlanması tapşırılır və bu məqsədlə o, Qafqazın regionlarına səfərə çıxır. Azərbaycana gələndə yerli folklor və mədəni adətlər barədə məlumatlar toplayan zaman, toy məclislərinin birində 26
yaşlı gənc bir aşıqla tanış olur. Əli-Əsgər kimi özünü təqdim edən gənc aşığın ətrafında o qədər adam toplanması və hər kəsin onu diqqətlə dinləməsi Polonskinin diqqətini cəlb edir. O səfərini davam edir və Tifilsə qayıdır. 1851-ci il, "Qafqaz" qəzetinin, 1-ci sayında, səhifə 3-də səfəri barədə yazır və orda tanış olduğu gənc aşıq haqqında yazır: