"Şerlok Holms"un ürəyi dayanıb?

"Şerlok Holms"un ürəyi dayanıb?
13:16

RSFSR-in xalq artisti Vasili Livanovun ürəyi dayandıqdan sonra o, süni nəfəs aparatına qoşulub. Bu barədə Mash Telegram kanalı məlumat yayıb.

Qeyd edilib ki, məşhur sovet və rus aktyoru, “Şerlok Holms”un ulduzu reanimasiyada həkim nəzarətində olsa da, onun vəziyyəti ağır kimi qiymətləndirilir.

Xatırladaq ki, oktyabrın 3-də Livanovun həyat yoldaşı Yelena sənətçinin xəstəxanaya yerləşdirilməsi barədə məlumat yaymışdı. Lakin o, sənətçinin ağır vəziyyəti ilə bağlı yayılan xəbərlərin doğru olmadığını bildirmişdi.

Vasili Livanova populyarlığı İqor Maslennikovun "Şerlok Holms və Doktor Vatsonun sərgüzəştləri" (1979-1986) serialındakı Şerlok Holms rolu qazandırıb.

Bundan başqa, Vasili Livanovun (Yuri Entin ilə birlikdə) ssenarisi əsasında “Bremen şəhərinin musiqiçiləri” (1969) cizgi filmi rus animasiyasının klassikinə çevrilib. Tamaşaçıların istəyi ilə onun davamı olan “Bremen şəhər musiqiçilərinin izi ilə” (1972) filmi, 2001-ci ildə isə “Yeni Bremen şəhər musiqiçiləri” filmi ekranlara çıxıb. Livanov "Uşaq və Karlson" (1968), "Karlson qayıtdı" (1970) cizgi filmlərində Karlsonu, Timsah Gena və Çeburaşka haqqında cizgi filmləri silsiləsində Timsah Genanı (1969-1983), "38 tutuquşu" filmində Boanı və ekranlara çıxmış digər 300 filmin personajını səsləndirib.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər