Türkiyədə doğuşdan sonra ölən qadınla bağlı açılan cinayət işi çərçivəsində həkim həbs edilib.
News365.az xəbər verir ki, qeysəriyyə əməliyyatından sonra vəziyyəti pisləşərək həyatını itirən Edanur Yamanın ölümü ilə bağlı həkim Münevver Zehra Davutoğlu həbs olunub.
Məlumata görə, həkim barəsində ehtiyatsızlıqdan ölümə səbəb olma maddəsi ittiham irəli sürülüb.
Faktla bağlı araşdırma davam edir.