10 Mart - Milli Teatr Günündə Peşəkar Futbol Liqasına müsahibə verən Afaq Bəşirqızı atası Bəşir Səfəroğlunun "Neftçi" klubuna və futbola sevgisi haqqında danışıb.
News365.az xəbər verir ki, Afaq Bəşirqızı atasının futbola evdə təkbaşına baxmasından qorxduqlarını bildirib.
"Atam evdə futbola tək baxan zaman gözlərimizə inana bilmədiyimiz vəziyyətlə qarşılaşırdıq. Atam futbola o qədər aludə olub ki, özü də fərqində olmadan qohumumuza mənzilin əşyalarını aparmaq üçün şərait yaradıb", - deyə A.Bəşirqızı bildirib.