“Reytinq” qəzetinin baş redaktor Afiq Mirzəbəylinin “Facebook”dakı şəxsi profili hakerlər tərəfindən oğurlanıb.
Bu barədə News365.az-a onun özü məlumat verib.
Baş redaktor bildirib ki, kibercinayətkarlar profil üzərindən idarə olunun və “Reytinq” onlayn qəzetinə (Reyting.az) məxsus səhifəni və A.Y.Media qrupunu da ələ keçiriblər.
Afiq Mirzəbəylinin sözlərinə görə, şəxsi profilini, səhifəni və qrupu geri qaytarmaq cəhdləri hələ ki, nəticə vermir.
O, ələ keçirilmiş profildəki paylaşımlara məsuliyyət daşımadığını deyib və yarana biləcək narahatlığa görə virtual aləmdəki dostlarına üzrxahqlıq edib.
O, kibercinayətkarlıqla bağlı aidiyyəti dövlət qurumlarına müraciət etdiyini bildirib.