Avropanın aparıcı süni intellekt şirkəti "Mistral" və digər texnologiya nümayəndələri ABŞ rəqiblərini təhlükəsizlik narahatlıqlarından istifadə edərək bazardakı mövqelərini möhkəmləndirməkdə ittiham ediblər.
Onlar "Anthropic" şirkətinin qabaqcıl tərtibatçılara inkişaf tempini zəiflətmək barədə etdiyi çağırışları rədd ediblər.
"Anthropic"in baş icraçı direktoru Dario Amodei onlayn məqaləsində şirkətləri süni intellekt modellərinin imkanlarını təkmilləşdirmə sürətini azaltmağa çağırıb. O, alimlərin süni intellektin bəşəriyyəti məhv edə biləcəyi ilə bağlı xəbərdarlıqlarından sonra aparıcı şirkətlərin birgə təhlükəsizlik tədbirləri hazırlaması üçün anti-inhisar güzəştlərinin tətbiq olunmasını təklif edib.
"OpenAI" rəhbəri Sam Altman və "xAI" təsisçisi İlon Mask da güclü süni intellekt sistemlərinin yaratdığı risklərə diqqət çəkərək inkişafın templənməsi ilə razılaşsalar da, Avropadakı şirkətlər və rəsmilər bu yanaşmaya şübhə ilə yanaşırlar.
"Mistral" şirkətinin bəyanatında bildirilib ki, bəzi mövcud bazar liderləri bu məqamdan öz mövqelərini möhkəmləndirmək üçün istifadə edir və rəqiblərindən daha çox öz xeyirlərinə hesablanmış tənzimləmələrin tətbiqinə çalışırlar.