Ayda əvvəllər görünməyən nəhəng krater aşkarlandı

Ayda əvvəllər görünməyən nəhəng krater aşkarlandı
18 Sen 2026 23:20

ABŞ-ın NASA kosmik aparatı Ayın səthində daha əvvəl mövcud olmayan nəhəng krater aşkar edib.

News365.az xəbər verir ki, NASA-nın Lunar Reconnaissance Orbiter aparatı tərəfindən müəyyən edilən kraterin diametri təxminən 222 metrdir. Alimlərin hesablamalarına görə, krater 2024-cü ildə böyük bir kosmik cismin Ayın səthinə çırpılması nəticəsində yaranıb. 

Kraterin dərinliyi təxminən 43 metrdir və onun yaranmasına səbəb olan cismin bir neçə mərtəbəli bina ölçüsündə olduğu ehtimal edilir.

Alimlər bildirirlər ki, belə böyük zərbələr Ayda təxminən əsrdə bir dəfə və ya daha da az baş verə bilər. Krater NASA məlumatlarının adi yoxlanışı zamanı təsadüfən aşkar edilib. 


Sizin reklam burada
Sizin reklam burada