Fransa prezidenti Emmanuel Makron yaxın həftələrdə energy böhranı ilə bağlı G7 ölkələrinin görüşünün keçiriləcəyini bəyan edib.
Görüşün əsas məqsədi İran müharibəsi fonunda kəskinləşən qlobal enerji böhranı şəraitində üzv ölkələr arasında əməkdaşlığı artırmaq və təchizat təhlükəsizliyini təmin etməkdir.
Mətbuat konfransında çıxış edən Makron bildirib ki, tədbirdə strateji ehtiyatlardan istifadə, məhdudiyyətlərin aradan qaldırılması və tərəfdaşlar arasında lüzumsuz gərginliyin qarşısının alınması imkanları müzakirə olunacaq.
Ölkədə yanacaq qiymətlərinin artması və etirazlarla üzləşən Fransa dövlət başçısı Parlatmentdə təmsil olunan siyasi partiya rəhbərləri ilə Yaxın Şərq və Ukraynadakı böhranların enerji bazarına təsirlərini müzakirə edib.