100 ildən sonra ilk dəfə yeni vəhşi pişik növü kəşf edildi

100 ildən sonra ilk dəfə yeni vəhşi pişik növü kəşf edildi
23:00

Boliviyada alimlər bir əsrdən çox müddətdən sonra ilk dəfə yeni vəhşi pişik növünü müəyyən ediblər.

News365 xəbər verir ki, National Geographicin məlumatına görə, yeni növ Leopardus tilcayo adlandırılıb. Heyvanın uzunluğu təxminən 46 santimetr, çəkisi isə 1,4 kiloqramdır.

Maraqlısı budur ki, bu pişik ilk dəfə 2016-cı ildə Boliviyada yol kənarında balaca halda tapılıb. Onu əvvəlcə ev pişiyi hesab ediblər. Lakin böyüdükcə vəhşi davranışları tədqiqatçıların diqqətini çəkib.

Sonrakı illərdə aparılan genetik və fiziki araşdırmalar heyvanın elmə məlum olmayan ayrıca növ olduğunu göstərib. 


Sizin reklam burada
Sizin reklam burada