Cəlilabadda sürücü təmir işləri görərkən maşının altında qalıb

Cəlilabadda sürücü təmir işləri görərkən maşının altında qalıb
22:40

Cəlilabad rayonunda yük avtomobilinin altında sıxılıb qalan sürücü xilas edilib.

News365.az xəbər verir ki, hadisə rayonun Sabirabad kəndində baş verib. Kənd sakini Xanhüseyn Abbasov "Zil" markalı yük avtomobilində təmir işləri apararkən nəqliyyat vasitəsinin qaldırıcı kranı buraxıb. Nəticədə sürücü avtomobilin altında sıxılmış vəziyyətdə qalıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Xilasedicilər xüsusi vasitələrin köməyilə onu avtomobilin altından çıxararaq xilas ediblər.

Sürücü hadisə nəticəsində yüngül bədən xəsarətləri alıb. O, aidiyyəti üzrə təhvil verilib.


Sizin reklam burada
Sizin reklam burada