Dünyada ilk dəfə: Donor tapa bilmədi, donuz böyrəyi ilə yaşadı - FOTO

Dünyada ilk dəfə: Donor tapa bilmədi, donuz böyrəyi ilə yaşadı - FOTO
16:25

ABŞ-də ilk dəfə bir pasiyent genetik modifikasiya edilmiş donuz böyrəyi ilə 9 ay yaşadıqdan sonra ona insan böyrəyi köçürülüb.

News365.az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.

66 yaşlı Tim Endryus diabet və hipertoniyadan əziyyət çəkib. Nadir qan qrupuna görə uyğun donor tapmaq çətin olduğundan, 2025-ci ilin yanvarında ona donuz böyrəyi transplantasiya edilib.

Orqan 271 gün fəaliyyət göstərib və xəstənin dializə ehtiyacını aradan qaldırıb. Daha sonra damarlarda yaranan tromblar səbəbindən böyrək çıxarılıb.

2026-cı ilin yanvarında Endryusa insan donorundan böyrək köçürülüb. Həkimlər bu texnologiyanın insan donoru gözləyən xəstələr üçün müvəqqəti "körpü" rolunu oynaya biləcəyini bildirirlər.


Sizin reklam burada
Sizin reklam burada