Duma sədrinin oğlu döyüşlərə qatıldı

Duma sədrinin oğlu döyüşlərə qatıldı
11:43

Rusiyanın Orlov vilayətinin Dumasının sədri Leonid Muzalevskinin oğlu Ukrayna müharibəsinə qatılıb. Bu barədə “Orlovskie Novosti”yə "Katukov briqadası"nın komandiri Denis Orlov məlumat verib.

Onun sözlərinə görə, Müdafiə Nazirliyi ilə müqavilə imzalandıqdan sonra Dmitri Muzalevski adlı gənc Kursk vilayətindəki təlim bölməsinə göndərilib. Üstəlik, o, müqavilə imzalamazdan əvvəl Kursk xəstəxanalarında olub. Dmitri yaralıları daşıyıb və digər tədbirlərə qatılıb.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.



Tural


Sizin reklam burada
Sizin reklam burada