Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası başlayıb

Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası başlayıb
11:06

Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası başlayıb.

News365.az xəbər verir ki, iclasın gündəliyinə 8 qanun layihəsi daxil edilib.

İclasa parlamentin spikeri Sahibə Qafarova sədrlik edir.

Qeyd edək ki, Sahibə Qafarova iyunun 1-dən qanunverici orqanın növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb. Növbədənkənar sessiya 82 deputatın tələbi ilə Azərbaycan Konstitusiyasının 88-ci maddəsinin II hissəsinə əsasən çağırılır.


Sizin reklam burada
Sizin reklam burada