“BMW” ilə qayda pozan sürücü şübhə yaratdı: narkotik qəbul etməsi üzə çıxdı

“BMW” ilə qayda pozan sürücü şübhə yaratdı: narkotik qəbul etməsi üzə çıxdı
11:30

Abşeron rayon sakini Fərid Muradov idarə etdiyi “BMW” markalı avtomobillə manevr etmə qaydalarını pozduğu üçün Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfindən saxlanılıb.

News365.az xəbər verir ki, araşdırma zamanı F.Muradovun sürücülük hüququnun olmaması müəyyən edilib.

Ünsiyyət zamanı hərəkətləri şübhə doğuran F.Muradov tibbi müayinəyə də cəlb olunub və onun narkotik maddə qəbul etməsi üzə çıxıb. Barəsində müvafiq protokollar tərtib edilərək məhkəməyə göndərilən F.Muradov 15 gün müddətinə inzibati qaydada həbs olunub.


Sizin reklam burada
Sizin reklam burada