Bakıda və Sumqayıtda dəm qazından boğulanlar var

Bakıda və Sumqayıtda dəm qazından boğulanlar var
10:00

Bakının Nəsimi rayonununda dəm qazından ölüm hadisəsi baş verib.

News365.az xəbər verir ki, Natiq Şahbazov küçəsi ev 5 ünvanında yaşayan Mikayılov Əfqan Qalib oğlu dəm qazından zəhərlənərək ölüb.

Sumqayıtda isə 17 yaşlı oğlan dəm qazından ölüb.

İnşaatçılar prospektində yaşayan 2008-ci il təvəllüdlü Ə.E. Məmmədov dəm qazından boğulub.

Hər iki faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada