Rəqəmsallığın
artması müsbət tərəfləri ilə yanaşı istifadəçilərin virtuallığa meylinə,
internet asılılığına da təsirsiz ötüşmür... Məlum olduğu kimi son illər bir
sıra inkişaf etmiş ölkələrdə olduğu kimi bizdə də demokratiyanı daha da inkişaf
etdirən amillərdən biri “Elektron Hökumət” siyasəti həyata keçirilir ki, bu da
müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən
Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və
fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə
informasiya və e-xidmətlərin göstərilməsininə şərait yaradır. Yaradılan
imkanların əsas məqsədi sosial xidmət təminatında dövlət qulluqçuları və vətəndaşlar
arasında olan “məsafəni” azaltmaq, həmçinin, bu münasibətləri sadələşdirmək və
şəffaflaşdırmaq, vətəndaşların xidmətlərdən məmnunluğunun yüksəltməkdir. Bu da
təbiidir və bu proses təhsil sistemindən də yan keçə bilməzdi. Bununla belə,
getdikcə sürətlənən qloballaşma prosesi, elmi-texniki tərəqqi, yüksək texnologiyaların
inkişafı və digər texniki proseslərin insani münasibətlərin önünə keçməsi,
ifrat dərəcədə virtullıq, vizuallıq və verballıq əsas bilik, bacarıq, vərdiş,
dünyagörüşü, habelə təhsilin forma və məzmun elementlərinin ötürücüsü kimi
insan faktorunu bir növ arxa plana keçirib, bir sıra qabaqlayıcı tədbirlərə əl
atılmazını zəruriləşdirib. Ölkə başçısının da xüsusi olaraq vurğuladığı kimi
“Qloballaşma təbii prosesdir və yəqin ki, bu proses müəyyən düzəlişlərlə davam
edəcəkdir.” Görünür son illər təhsilimizdə şagird, valideyn, müəllim və
direktor rolları üzrə tədris resurslarının idarəedilməsi və tənzimlənməsi
imkanlarını və rəqabətə davamlılığı təmin edə biləcək rəqəmsal mühitdə öyrənmə,
tədris, ünsiyyət və əməkdaşlıq platforması kimi.“Rəqəmsal Məktəb” platformasına
xüsusi diqqət yetirilir. Platformada şagird, valideyn, müəllim və direktor üçün
bölmələrin olması, şagirdlərin burada günün dərsi, dərs cədvəli, dərsliklər,
videodərslər, ev tapşırıqları, testlər, qiymətlər, şəxsi iş bölmələri ilə tanış
ola bilməsi, valideynlərin platforma vasitəsilə məktəblə birbaşa ünsiyyət qura,
övladının nəticələri ilə tanış ola, həmçinin tədrislə bağlı rəy və təkliflərini
verə bilmələri yaxşı haldır. Lakin gəlin görək, bütün müəllimlər və direktorlar
öz vəzifələrinin icrası ilə bağlı işləri elektron formada yerinə yetirə bilirlərmi?
Bütün valideynlər övladının təhsil göstəricilərini identifikasiya kodu ilə
onlayn izləmək imkanına malikdirlərmi? Məktəblərdə ənənəvi jurnalların elektron
jurnallar və gündəliklərlə, o cümlədən də kağız dərsliklərin elektron dərsliklərlə
əvəz olunması uzun müddətdən bəri müzakirə olunan məsələlərdən biridir.Ədalət
naminə deyək ki, bu istiqamətdə müəyyən işlər görülüb və bu kimi yeniliklər.heç
şübhəsiz ki, təhsil sisteminin elektronlaşmasına xidmət edəcək. Elektronlaşma
isə öz növbəsində informasiyanın əlçatanlığı baxımından yeni imkanlar açacaq və
təhsil sisteminin yenilənməsinə və təkmilləşməsinə müsbət təsir göstərəcək.
Elektron jurnallar övladlarının dərsə davamiyyəti və biliyinin qiymətləndirilməsilə
bağlı valideynləri məlumatlandırmaq funksiyasını yerinə yetirirməklə yanaşı, həm
də valideynə məktəbə gedən övladını nəzarətdə saxlamağa imkanı yaradacaq.
Elektron jurnala valideynin əlaqə nömrəsi daxil edilir və o sms vasitəsilə
avtomatik olaraq övladının gündəlik hansı qiyməti aldığını bilir. Amma elektron
jurnal məsələsi həm də müəllimlərin iş yükünün artması deməkdir. Müəllim həm ənənəvi
kağız daşıyıcısı olan jurnalı, ardınca da elektron jurnalı yazmalı olur. Məsələnin
qeyri-məqbul cəhəti ondadır ki, bu hal valideynin bir növ məktəblə canlı ünsiyətini
məhdudlaşdırır ki, burdada virtuallıq məktəb-valideyn münasibətində soyuqluq
yaranmasına zəmin yaradır Və ya götürək elektron dərsliklərin yaradılmasını,
Bu, ekologiyanın qorunması, kütləvi ağac kəsiminin məhdudlaşdırılması, şagirdlərin
ağır çanta yükünün aradan qaldırılması baxımından müsbət haldır. Məlumat üçün
bildirim ki, hələ 2012-ci ildən başlayaraq qardaş Türkiyənin ümumtəhsil məktəblərində
çox böyük strateji əhəmiyyət daşıyan “FATİH Projesi” adlı proqram həyata
keçirilir. Proqrama uyğun olaraq, ölkənin bütün şagirdlərinə dövlət hesabına fərdi
tablet, planşetlər verilir. Bu planşetlər təlim prosesində istifadə olunur,
müxtəlif tədris vəsaitləri və məlumat qaynaqları ora yüklənir. Bununla da
şagirdlərin canı kağız dərsliklərdən, dövlətin canı isə hər il sərf olunan əlavə
maliyyə vəsaitlərindən qurtulmuş olur. Biz buna hazırıqmı? Bir sözlə, çalışaq
“İstəklərimizlə deyil, imkanlarımızla hesablaşaq..."
Nadir
İsrafilov, təhsil üzrə ekspert