DƏHŞƏT: Bir neçə dəqiqəyə şəhər yox oldu – VİDEO

DƏHŞƏT: Bir neçə dəqiqəyə şəhər yox oldu – VİDEO
09:59

Çinin şimalındakı Harbin şəhərində qeyri-adi təbiət hadisəsi yaşanıb.

Şəhəri qısa müddət ərzində güclü toz fırtınası bürüyüb. Sosial şəbəkələrdə yayılan görüntülərdə nəhəng toz divarının sürətlə yaşayış məntəqəsinə yaxınlaşdığı və bir neçə dəqiqə ərzində ətrafı tamamilə görünməz hala gətirdiyi əks olunub.

Məlumata görə, fırtına səbəbindən görünüş məsafəsi kəskin şəkildə azalıb, nəqliyyatın hərəkətində çətinliklər yaranıb. Yerli sakinlərə açıq havada ehtiyatlı olmaları və zərurət olmadıqca evdən çıxmamaları tövsiyə edilib.


Sizin reklam burada
Sizin reklam burada