Dani Karvaxal “Real Madrid”dən gedir

Dani Karvaxal “Real Madrid”dən gedir
14:26

İspaniyanın “Real Madrid” futbol komandasının müdafiəçisi və kapitanı Dani Karvaxal mövsümün sonunda paytaxt klubunu tərk edəcək.

News365.az “Marca” nəşrinə istinadla xəbər verir ki, klub rəhbərliyi 34 yaşlı müdafiəçiyə yeni müqavilə təklif etməmək qərarına gəlib.

Cari müqaviləsi 30 iyun tarixində başa çatacaq futbolçu bu mövsüm zədələr səbəbindən əsas heyətdəki yerini itirib və cəmi 442 dəqiqə meydanda olub. Karvaxalın zədə səbəbindən mövsümün qalan hissəsini buraxacağı bəlli olsa da, onun La Liqanın son turunda “Atletik Bilbao” ilə keçiriləcək matçda azarkeşlərlə vidalaşması gözlənilir.

Qeyd edək ki, Dani Karvaxal 2013-cü ildən çıxış etdiyi “Real Madrid” forması ilə altı dəfə Çempionlar Liqasının qalibi olub və ümumilikdə 20-dən çox titul qazanıb.


Sizin reklam burada
Sizin reklam burada