Damlanın prodüseri İranda başlarına gələn hadisədən DANIŞDI

Damlanın prodüseri İranda başlarına gələn hadisədən DANIŞDI
03 İyl 2024 00:07

Xəbər verdiyimiz kimi, Damla İranda hicab qaydalarına riayət etmədiyinə görə, çıxış etdiyi məkan müvafiq orqanlar tərəfindən möhürlənib.

Məsələ ilə bağlı sənətçi ilə əlaqə saxladıq.

Dəstəyi qaldıran Damlanın prodüseri Şamil hadisəni belə nəql edib:

“Biz Ərdəbil şəhərinə konsertə yox, toya gəlmişik. Məclis qapalı yox, açıq havada, həyətdə keçirildi. Bizim qaldığımız oteli və Damla xanımın bəzəndiyi gözəllik salonunu möhürləyiblər. Bizə heç bir təzyiq olmayıb. Biz artıq iki gündür ki, Bakıdayıq. Hər şey qaydasındadır".


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər