Ceyhun Bayramov İraqa getdi

Ceyhun Bayramov İraqa getdi
07 May 2025 09:08

Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İraq Respublikasına rəsmi səfərə yola düşüb.

Bu barədə News365.az-a XİN-dən bildirilib.

Məlumata görə, səfər çərçivəsində nazir Ceyhun Bayramovun İraq Respublikasının baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseyn ilə görüşünün, habelə digər yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılır.


Sizin reklam burada
Sizin reklam burada