İşğaldan azad edilmiş Cəbrayıl rayonunda sakinlərin məskunlaşdığı üç yaşayış məntəqəsi arasında avtobus marşrutu açılıb.
News365.az xəbər verir ki, Horovlu kəndi - Cəbrayıl şəhəri - Şükürbəyli kəndi arasında avtobus ötən həfətəsonundan istifadəyə verilib. Gediş haqqı 60 qəpik olacaq.
Verilən məlumata görə, tezliklə Horadiz - Cəbrayıl arasında da müntəzəm avtobus reyslərinə başlanılacaq.
Xatırladaq ki, indiyədək Cəbrayıl rayonunda üç yaşayış məntəqəsində məskunlaşma həyata keçirilib: Cəbrayıl şəhəri, Horovlu və Şükürbəyli kəndləri.
Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin aşçılışı 2024-cü il oktyabrın 4-də olub.
Horovlu kəndinin açılışı 2025-ci il oktyabrın 28-də baş tutub.
Şükürbəyli kəndinin açılışı isə 2026-cı il mayın 9-da gerçəkləşib.
Hər üç yaşayış məntəqəsinin açılış mərasimində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak edib.
Bu ilin sonlarında daha bir yaşayış məntəqəsinin - Soltanlı kəndinin də açılışı gözlənilir.