Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı

Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
11:15

Daşkəsən rayonu Mollahəsənli kəndinin köçürülməsi prosesinə başlanılır.

News365.az -ın xəbərinə görə, “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) törəmə şirkəti olan “Daşkəsən Dəmir Filiz” MMC bununla bağlı hazırlıqlar görür.  Köçürülməsi prosesinin qiymətləndirilməsi “İqlimLTD” MMC-yə tapşırılıb. 

Qiymətləndirmə işlərinə 259 min 305 manat xərclənəcək. 

Köçürmə işlərinin dağ-mədən sənayesində hasilat layihələri çərçivəsində sənaye obyektlərinin mühafizə zonasına düşən torpaqların və ya yaşayış hissələrinin dövlət ehtiyacları üçün  alınması ilə bağlı olduğu ehtimal olunur.


Sizin reklam burada
Sizin reklam burada