Oktyabrın 23-də gözlənilən hava şəraiti açıqlanıb.
Bu barədə News365.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında gecə və səhər saatlarında yağış yağacağı, Azərbaycanın bəzi rayonlarında isə intensiv yağıntı, dolu və qar müşahidə olunacağı ehtimalı var. Sezar pizza
Paytaxt və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq və əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 15-17, gündüz 19-21 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu, nisbi rütubət isə 65-75 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı ərazilərdə yağıntıların intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə qar yağacağı ehtimalı var.
Axşam saatlarında qərb rayonlarında yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Rayonlarda havanın temperaturu gecə 14-17, gündüz 19-24 dərəcə isti, dağlıq ərazilərdə gecə 5-9, gündüz 10-15 dərəcə isti olacaq.