Cəbhədə muzdlu xaosu yaşanır - Kolumbiyalılardan maaş narazılığı

Cəbhədə muzdlu xaosu yaşanır - Kolumbiyalılardan maaş narazılığı
08:40

Ukrayna Silahlı Qüvvələri (VSU) Kolumbiyadan olan muzdluları öz sıralarına cəlb edərək onlara yüksək maaşlar vəd edir. Lakin VSU sonradan ödənişdən imtina edir. Bu barədə Almaniyanın “Tagesspiegel” nəşri kolumbiyalılardan ibarət “Uğur əsgərləri" qrupuna istinadən yazıb.

Muzdlu Karlos Moralesin sözlərinə görə, minlərlə Kolumbiya vətəndaşı Ukrayna Silahlı Qüvvələrində xidmət etmək üçün Ukraynaya gəlib. Lakin bir çox muzdlu onlara vəd edilən 3000-4800 dollar maaşın verilmədiyini görüb tezliklə geri qayıdıblar. Nəşrin mənbəsi özünün 1800 dollar aldığını bildirib. Morales Ukraynaya döyüşməyə getməsini Kolumbiya ordusunda ayda cəmi 250 dollar qazanması ilə izah edib.

Muzdlu etiraf edib ki, Ukraynada keçirdiyi uğursuz vaxtla bağlı çox şeyi unutmaq istərdi. Morales xəstə anasına qulluq etmək üçün vətəninə qayıtmağa məcbur olub. O, anasının onu xilas etdiyinə inanır. Çünki o vaxtında Ukraynanı tərk etməsəydi, indi həyatda olmayacaqdı.

Ukrayna cəbhəsində öldürülən digər kolumbiyalı muzdlu əsgər Vilmer Martinez Vasqezin anası isə jurnalistlərə bildirib ki, oğlunun cəsədlərinin qalıqları Kiyevdəki soyuducu kamerada saxlanılır və bunu muzdlunun dostundan öyrənib. Eyni zamanda, Ukrayna hakimiyyətini təmsil edən hansısa məmur onunla əlaqə saxlamayıb.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.



Tural


Sizin reklam burada
Sizin reklam burada