Cahangir Əsgərovun həyat yoldaşının adı məşhur fabrikə verildi

Cahangir Əsgərovun həyat yoldaşının adı məşhur fabrikə verildi
15:25

Bu ilin yanvarında vəfat edən AZAL-ın keçmiş prezidenti Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyevanın adı əbədiləşdirilib.

News365.az bildirir ki, “Gazelli Group”un parfüm və kosmetika fabrikinə Zərifə Həmzəyevanın adı verilib.

Qeyd edək ki, sözügedən fabrik Bakının Şüvəlan qəsəbəsində yerləşir.

Xatırladaq ki, Zərifə Həmzəyeva “Gazelli Group” şirkətinin təsisçisi və prezidenti idi.

Z.Həmzəyeva, həmçinin “Premium Bank” ASC-nin əsas səhmdarı və “Caspian Energy Club”ın İdarə Heyətinin üzvü olub.

Cahangir Əsgərov və Zərifə Həmzəyevanın iki qız övladı var.



Sizin reklam burada
Sizin reklam burada