Baş həkimlər işdən azad olundu - (Yenilənib)

Baş həkimlər işdən azad olundu - (Yenilənib)
17:55

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən Akademik Zülfüqar Məmmədov adına 3 nömrəli Xəstəxananın baş həkimi Türanə Abdullayeva da işdən azad olunub.

News365.az xəbər verir ki, o, təxminən iki il öncə sözügedən vəzifəyə təyin edilib.

Qeyd edək ki, Gəncənin tibb müəssisələrində rəhbər heyətin işdən azad olunması prosesi başlayıb. İlkin məlumata görə, TƏBİB əməkdaşları tərəfindən bir müddət öncə aparılan yoxlamalar nəticəsində bir sıra qanun pozuntuları aşkar edilib.

_______________

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən Abbas Səhhət adına xəstəxananın baş həkimi İlqar Alıyev işdən azad edilib.

News365.az xəbər verir ki, bu barədə müvafiq əmr imzalanıb.

Qeyd edək ki, İlqar Alıyev 2025-ci ildən bu vəzifədə çalışırdı.


Sizin reklam burada
Sizin reklam burada