Xocalının beş kəndinə köç baş tutub.
News365.az "Report"a istinadən xəbər verir ki, Xanabad kəndinə 10 ailə (31 nəfər), Təzəbinə kəndinə 9 ailə (39 nəfər), Badara kəndinə 6 ailə (24 nəfər), Daşbulaq kəndinə 2 ailə (7 nəfər), Seyidbəyli kəndinə 1 ailə (5 nəfər) köçürülüb.
Sakinlərə evlərinin açarları təqdim olunub.
***
Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç olub.
News365.az xəbər verir ki, bu gün səhər saatlarında yola salınan köç karvanı kəndə çatıb.
Bu gün Şükürbəyli kəndinə 12 ailə - 55 nəfər köçürülüb.
Köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.