Macarıstan Ukraynaya hərbi yardım göstərmək niyyətində deyil.
News365.az xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban Budapeştdə keçirilən “Sülh yürüşü”ndən sonra parlament binasının qarşısında çıxışı zamanı bildirib.
O, Avropa İttifaqı (Aİ) liderlərinin Macarıstanı Ukraynadakı münaqişəyə cəlb etməsinə icazə verilməyəcəyini deyib:
“Biz pullarımızı verməyəcəyik, silahlarımızı verməyəcəyik və Ukrayna uğrunda ölmək üçün müharibəyə getməyəcəyik. Rusiya-Ukrayna müharibəsi bizim müharibəmiz deyil”, - hökumət başçısı söyləyib.