Böyük Britaniya Baş nazirinin müavini Anjela Reyner vəzifəsindən ayrılıb.
News365.az xəbər verir ki, bu barədə “SkyNews” məlumat yayıb.
İstefanın səbəbi Reynerin vergi qalmaqalı ilə bağlıdır. Məlumata görə, o, yeni aldığı ev üçün ödədiyi əmlak vergisinin az olduğunu açıqlayıb.
Reyner Baş nazir Keir Starmerin kabinetindən istefa verən səkkizinci vəzifəli şəxsdir və bu, komanda üçün ən ciddi itki hesab olunur. Qeyd olunur ki, Reyner vergini qəsdən tam ödəməməkdə ittiham olunanda Baş nazir ona dəstəyini bildirmişdi.
News365.az