Bolsonaro çevriliş ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Bolsonaro çevriliş ittihamı ilə məhkəmə qarşısına çıxarılıb
02 Sen 2025 20:30

Braziliyanın sabiq prezidenti Jair Bolsonaro yeddi tərəfdarı, o cümlədən yüksək rütbəli generallarla birlikdə məhkəmə qarşısına çıxarılıb.

News365.az yerli mediaya istinadla xəbər verir ki, onlar 2022-ci il seçkilərində Luiz Inasio Lula da Silvaya uduzduqdan sonra çevriliş planlaşdırmaqda ittiham olunurlar.


Bu, Braziliya tarixində ilk dəfədir ki, bu qədər nüfuzlu şəxslər demokratiyaya hücuma görə ədalət mühakiməsinə cəlb edilir. Bolsonaro çevriliş planını inkar etsə də, Lulanın hakimiyyətə gəlməsini əngəlləmək üçün “alternativlər” axtardığını etiraf edib.




Sizin reklam burada
Sizin reklam burada