BMT hərbçilərinə hücum oldu - VİDEO

BMT hərbçilərinə hücum oldu - VİDEO
11:08

"Hizbullah" tərəfdarları Livandakı BMT Sülhməramlılarına hücum ediblər 

News365.az xəbər verir ki, Livanın baş naziri Navaf Salam Beyrut Beynəlxalq Hava Limanına gedən magistral yolda BMT-nin sülhməramlı karvanına hücumu pisləyib. 

 Hadisə nəticəsində avtomobillər zədələnib və bir Nepal zabitinin yaralanıb. 

Ölkənin Daxili İşlər Nazirliyinin rəhbərinə “hücum edənlərin tutulması və tədbir görülməsi üçün səlahiyyətli məhkəmə orqanlarına təhvil verilməsi” tapşırılıb. 

Bundan əvvəl BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) komandanlığı Livan hakimiyyətindən Beyrut Beynəlxalq Hava Limanına gedən magistral yolda sülhməramlıların karvanına hücumla bağlı dərhal araşdırma aparmağı və günahkarların cəzalandırılmasını tələb edib. 

"Hizbullah" tərəfdarları hökumətin İran aviaşirkətlərinə Tehrandan Beyruta uçmağa icazə verməməsinə etiraz olaraq Beyrut hava limanına gedən küçələri ikinci gündür bağlayırlar. 

Bundan əvvəl İsrailin hərbi kəşfiyyat agentliyi AMAN bəyan etmişdi ki, o, İranın Beyruta hava yolları ilə daşınan mülki şəxslərin baqajı vasitəsilə "Hizbullah"a hərbi və maliyyə yardımı keçirmək cəhdlərini aşkar edib.


Sizin reklam burada
Sizin reklam burada