2026-cı ildən təyyarədə dərman daşınmasına yeni qaydalar tətbiq olunacaq

2026-cı ildən təyyarədə dərman daşınmasına yeni qaydalar tətbiq olunacaq
11:54

Məşhur bloger Azər Qərib yaxın vaxtlarda hava nəqliyyatında dərman daşınması ilə bağlı qüvvəyə minəcək yeni qaydaları diqqətə çatdırıb.

News365.az-ın məlumatına görə, 2026-cı ildən etibarən sərnişinlər təyyarə ilə dərman apararkən ciddi məhdudiyyətlərlə üzləşəcəklər. Yeni qaydalara əsasən, dərman vasitələri yalnız istehsalçının təqdim etdiyi orijinal qablaşdırmada daşına bilər. Onların başqa qablara köçürülməsi, açıq şəkildə aparılması və ya paketlənməsi qəti qadağan olunacaq. Qaydaların pozulması halında dərmanlar təhlükəsizlik yoxlamasında müsadirə oluna bilər və sərnişinlər əlavə problemlərlə qarşılaşa bilərlər.

Azər Qərib vurğulayıb ki, bu tədbirlər uçuşların təhlükəsizliyini artırmaq və dərmanların tərkibi, mənşəyi ilə bağlı sualları aradan qaldırmaq məqsədi daşıyır. Mütəxəssislər sərnişinlərə səfərdən əvvəl daşıyacaqları dərmanların hava limanları və aviaşirkətlərin rəsmi qaydalarına uyğunluğunu yoxlamağı tövsiyə edirlər. Zəruri hallarda isə həkim resepti və ya tibbi arayışın yanında saxlanması məsləhət görülür.

News365.az


Sizin reklam burada
Sizin reklam burada