"Azərbaycanda effektsiz kənd təsərrüfatı siyasəti həyata keçirilir. Mənə tez-tez Perudan Marek adlı bir şəxs zəng edir və deyir ki, Azərbaycanda heyvandarlığın inkişafına dair kənd təsərrüfatı siyasətinin izləyirik."
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bu sözləri News365.az-a açıqlamasında deyib.

"Qarşıya qoyulan məqsədlərə nail olunmur. Getdikcə heyvandarlıq təsərrüfatları, fərdi təsərrüfatların yoxa çıxması ilə müşahidə olunur. Böyük heyvandarlıq təsərrüfatı yaradılır, bütün imkanlar ora yönəldilir ona görə də ətlə təmin edə bilmirlər.
Yemlərin bahalaşması, dabaq xəstəliyi, bazarların bağlanması məsələsi bunların hamısı ətin sürətlə bahalaşmasına səbəb olur. İnsanların ətə olan təlabatı ödənilmir. Belə bir şəraitdə yaxşı ki, bazara xarici ölkələrdən ət idxal olunur. Ukraynadan, Monqolustandan və başqa ölkələrdən.
Əhalinin donmuş ətə təlabatı azdır, xaricdən gələn ətə üstünlük vermirlər. Yenə də yerli ətlərə üstünlük verirlər. Bütün bunların hamısı bazarda ətin qiymətinin qalxmasına səbəb olur. Baxmayaraq ki, Azərbaycan ümumidünya göstəricisindən ət istehlakı 50 faiz aşağıdır, ancaq yenə də ətlə təmin olunmur.
Dövlət normal kənd təsərrüfatı siyasəti yerinə yetirərsə, azad olunmuş torpaqlarda böyük fermalar yaradıla bilər, xüsusilə Kəlbəcər zonasında və yaxın 8 ildə yaxşı siyasət gedərsə, ətlə təminat bərpa oluna bilər.
Mənim yanıma Kəlbəcərdən heyvandarlıqla məşqul olmuş, Rusiyada təhsil almış baytarlar, zootexniklər gəlir, deyirlər ki, bizdən soruşmurlar ki, ixtisasınız var, nə iş görmək olar? Heç bir mələhətləşmələr olmur. Belə bir şəraitdə gələcəyə olan gözləntilərimizdə şüphə altına alınır. Bütün bunlar qiymətə təsir edən amillərdir."