ABŞ-ın vitse-prezidenti C.D. Vens ictimai çıxışı zamanı keçmiş prezident Co Baydenlə bağlı ironik müqayisə aparıb.
News365.az-ın məlumatına görə, Vens səfər zamanı təyyarədən enərkən kəskin soyuq hava ilə üzləşdiyini deyib. O, hamının gözü qarşısında büdrəməmək üçün hərəkətlərinə xüsusi diqqət etdiyini vurğulayıb və bunu zarafatla “Bayden üslubu” adlandırıb.
Vitse-prezidentin sözlərinə görə, Co Bayden hətta açıq və günəşli havada belə həmin pilləkənlərdə tarazlığını itirə bilərdi. Bu ifadə tədbir iştirakçıları arasında gülümsəmə ilə qarşılanıb.
News365.az