Qanunvericiliyə
görə bütün dövlət strukturlarında birinci müavin ştatı olur. Və zərurət
yarandıqca birinci müavin qurum rəhbərini əvəz edir. Birinci müavin olmadıqda
isə səlahiyyətlər sərəncamla müavinlərdən birinə həvalə edilir.
Bəs hansı
Nazirlikdə birinci müavin yoxdur?
News365.az bununla bağlı araşdırma aparıb. Bəlli
olub ki, 10 nazirin birinci müavini yoxdur.
Həmin
siyahını təqdim edirik:
1. Energetika Nazirliyi
Energetika
naziri Pərviz Şahbazovun birinci müavini yoxdur.
Maraqlıdır ki, onun cəmi bir müavini var. O da 2017-ci ildən bu vəzifəni
daşıyır.
2. Ədliyyə Nazirliyi
Ədliyyə
naziri Fərid Əhmədovun da birinci müavini yoxdur. Baxmayaraq ki, onun 5 müavini var.
3. Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi
Əmək və
Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyev də birinci müavinsiz çalışır. Bununla belə onun 4 müavini var.
4. Gənclər və İdman Nazirliyi
Gənclər və
İdman naziri Fərid Qayıbovun da birinci müavini yoxdur. Ümumilkdə isə onun 2 müavini var.
5. Xarici İşlər Nazirliyi
Xarici İşlər
naziri Ceyhun Bayramov da hələki birinci müavinsizdir. Baxmayaraq ki, onun 6 müavini var.
6. Kənd Təsərrüfatı Nazirliyi
Kənd Təsərrüfatı
naziri Məcnun Məmmədovun da birinci müavini yoxdur. Ümumilkdə isə onun 2 müavini var.
7. Mədəniyyət Nazirliyi
Mədəniyyət
naziri Adil Kərimli də birinci müavinsiz çalışır. Bununla belə onun 3 müavini var.
8. Müdafiə Sənayesi Nazirliyi
Müdafiə Sənayesi
naziri Vüqar Mustafayevin də birinci müavini yoxdur. Nazirin 2 müavini var.
9. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Rəqəmsal
İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev də hələki müavinsizdir. Halbuki onun 5 müavini var.
10.Elm və Təhsil Nazirliyi
Elm və Təhsil
naziri Emin Əmrullayevin də birinci müavini yoxdur. Ümumilikdə isə onun 4 müavini var.
News365.az