“Bəzi dövlətlər bizi Rusiyaya qarşı tək qoya bilər” - Zelenski

“Bəzi dövlətlər bizi Rusiyaya qarşı tək qoya bilər” - Zelenski
12:05

“Bəzi ölkələr atəşkəs razılaşmasına nail olduqdan sonra Ukraynanı Rusiyaya qarşı tək qoya bilər”.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

“İlk addımı atmağın – atəşkəsin nə qədər çətin olduğunu görürsünüz. Siqnallar var ki, atəşkəs razılaşmasından sonra bəzi dövlətlər bizim Rusiya ilə baş-başa qalmağımızı istəyəcəklər”, – Ukrayna lideri bildirib.

Zelenski konkret hansı ölkələrdən danışdığını açıqlamayıb. Lakin onun fikrincə, Avropa regionda bir çox məsələlərin bir-biri ilə bağlı olduğunu nəzərə alaraq Ukraynanın yanında olacaq.


Sizin reklam burada
Sizin reklam burada