Ayın səthində son illərdə yaranmış nəhəng krater aşkar edilib.
News365.az xəbər verir ki, NASA-nın “Lunar Reconnaissance Orbiter” kosmik aparatı tərəfindən müəyyən edilən kraterin diametri təxminən 222 metr, dərinliyi isə 43 metrdir. Alimlərin hesablamalarına görə, krater 2024-cü ildə asteroid və ya kometa parçasının Aya çırpılması nəticəsində yaranıb.
Maraqlısı odur ki, belə böyük toqquşmalar Ayda olduqca nadir baş verir və təxminən hər 100-130 ildən bir qeydə alınır.
Alimlər kraterin ətrafında zərbənin yaratdığı materialların 100 kilometrdən çox əraziyə yayıldığını da müəyyən ediblər. Bu kəşf Ayın səthində gələcək missiyalar və mümkün Ay bazalarının təhlükəsizliyi baxımından da əhəmiyyətli hesab olunur.