Beyləqanda ölümlə nəticələnən yol qəzası olub.
News365.az xəbər verir ki, 1999-cu il təvəllüdlü Novruzov Fuad Zaur oğlu idarə etdiyi "Ford Transit" markalı avtomobili Birinci Aşıqlı kəndinin girişini göstərən daş lövhəyə çırpılıb.
Nəticədə sürücü aldığı xəsarətlərdən Beyləqan rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq kişi xəstəxanada ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.