Türkiyənin Diyarbəkir vilayətinin Silvan rayonunda Suriyanın devrilmiş lideri Bəşər Əsədə bənzəməsi ilə diqqət çəkən vətəndaşın görüntüləri gündəm olub.
News365.az xəbər verir ki, Əsədə bənzərliyi ilə diqqət çəkən şəxs mağazadan çıxarkən yerli sakinlərin kamerasına tuş gəlib.
Əsədə oxşayan şəxsin küçədə gəzdiyi anları lentə alan vətəndaş "Əsəd iki cangüdəni ilə telefon mağazasından çıxdı" deməsi də gülüş doğurub.
Qeyd edək ki, Suriyada 13 ildir davam edən vətəndaş müharibəsinin gedişatı 27 noyabrda Heyət Təhrir əl-Şamın (HTŞ) başçılıq etdiyi müxalif qrupların başlatdığı hücumlarla sürətlə şəkildə dəyişdi. Rejim əleyhinə qüvvələr dekabrın 7-nə keçən gecə paytaxt Dəməşqə daxil olub. Suriya lideri Bəşər Əsəd ailəsi ilə birlikdə Rusiyaya sığınıb.