Bəşər Əsədin başının qiyməti nə qədərdir?- Tural İrfan yazır

Bəşər Əsədin başının qiyməti nə qədərdir?- Tural İrfan yazır
09 Dek 2024 09:23

İndi Suriyada hakimiyyətə gələn Əhməd əl Şaranın (Əbu Muhəmməd Culani) başına vaxtilə Əsəd 10 milyon dollar qoymuşdu. İndi bu pul Əsədin öz başına qoyulub. Fələyin çarxı 12 gün ərzində 180 dərəcə dəyişdi, Əsədin göyə qalxdığı təyyarənin radarı kimi...

News365.az xəbər verir ki, bunu MCP-nin sədr müavini Tural İrfan deyib. O əlavə edib ki, vaxtilə Misir prezidenti Hüsnü Mübarək qanun çıxarmışdı ki, hər cür ağır xəstələr də məhkəmə zamanı şəxsən salona gətirilməlidir:

“Fələyin çarxı elə dolandı ki, onun özü həbs olundu və yatağa düşdü. Xərəkdə məhkəməyə gətirdilər. İclas salonuna xəstə vəziyyətdə gətirilməsinə etiraz etdi. Hakim bircə kəlimə dedi: "Öz qərarınızdır, cənab Mübarək !"

News365.az


Youtube kanalımız