Bazarlarda bu yağ AZALDI- Qiymətlər QALXACAQ?

Bazarlarda bu yağ AZALDI- Qiymətlər QALXACAQ?
16:26

Paytaxtın bir sıra böyük market şəbəkələrində alternativ olaraq istifadə edilən marqarin yağlara rast gəlinmir. Alıcıların əksəriyyəti bildirir ki, artıq 1 aya yaxındır ki, heç bir marketdə marqarin yağları tapılmır. 

Mövzu ilə bağlı iqtisadçı ekspert Akif Nəsirli açıqlama verib. 

O bildirib ki, 2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanda marqarin istehsalı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 42,8 faiz azalaraq 5.816,4 tona düşüb. Martın 1-nə olan vəziyyətə görə isə ölkədə cəmi 1.398,3 ton marqarin ehtiyatı qalıb ki, bu da illik müqayisədə 4,1 dəfə azdır. Bu, mağaza rəflərindəki azalmanı birbaşa izah edir.

Ekspert açıqlayıb ki,  problemin kökü istehsal xərcləri ilə bağlıdır. Marqarinin əsas xammalı bitki yağları, xüsusilə xurma yağı, soya yağı və günəbaxan yağıdır. Bu xammalların böyük hissəsi xaricdən gətirilir. Kərə yağının orta idxal qiyməti bir il ərzində 5,69 min dollardan 7,22 min dollara qalxıb, illik artım 26,91 faiz təşkil edib. Xammal bahalaşanda yerli istehsalçılar ya istehsalı azaldır, ya da bəzən istehsalı dayandırırlar, çünki maya dəyəri qiymətlə uyğunlaşmır./// ajans.az


Sizin reklam burada
Sizin reklam burada