Bayden prezidentlikdən sonra xalq qarşısında ilk çıxışını edib

Bayden prezidentlikdən sonra xalq qarşısında ilk çıxışını edib
08:00

ABŞ-nin keçmiş prezidenti Cozef Bayden prezidentlik müddəti başa çatdıqdan sonra ilk dəfə olaraq Amerika xalqı üçün çıxış edib. Bu barədə xarici KİV məlumat yayıb.

Sabiq prezident Çikaqoda əlilliyi olan insanlara hüquqi dəstək göstərən qeyri-hökumət təşkilatı ACRD-nin konfransında iştirak edib. Bayden təxminən yarım saat danışıb və çıxışında hazırkı prezident Donald Trampın adını bir dəfə də olsa çəkməyib. Hərçənd siyasətçi Tramp administrasiyasının rifah siyasətini tənqid edib.

Bundan əlavə, keçmiş prezident Amerika cəmiyyətində parçalanmaya işarə edərək, proseslərin belə davam edə bilməyəcəyini bildirib.



Tural


Sizin reklam burada
Sizin reklam burada