"Bayden-Blinken dövründə ABŞ Azərbaycana qərəzli münasibət göstərib"- Prezident

"Bayden-Blinken dövründə ABŞ Azərbaycana qərəzli münasibət göstərib"- Prezident
16:18

Bayden-Blinken administrasiyası dövründə ABŞ tərəfindən Azərbaycana qarşı qərəzli münasibət göstərilib və bunun da nəticəsində ikitərəfli əlaqələrimiz böhrana sürüklənib. 

News365.az xəbər verir ki, bunu Prezident İlham Əliyev yanvarın 22-də Davosda qarşı tərəfin müraciəti əsasında ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbəri Conni Mur ilə görüşdə deyib. 

Prezident İlham Əliyev 907-ci düzəlişin yenidən bərpasını məhz elə Bayden-Blinken administrasiyasının nankorluğunun təzahürü kimi dəyərləndirib.