Ailə dramından ABŞ Senatına: 13 yaşında övladlığa götürülən bacı vəfat edən qardaşının yerinə keçdi

Ailə dramından ABŞ Senatına: 13 yaşında övladlığa götürülən bacı vəfat edən qardaşının yerinə keçdi
15:27

Vəfat edən senatorun yerinə bacısı təyin edildi: Trampın dəstəklədiyi ailə dramı və böyük vəfa hekayəsi

ABŞ siyasətində həm hüzünlü, həm də maraqlı bir hadisə yaşanıb. Cənubi Karolina ştatından senator seçilən və ötən həftəsonu qəfil vəfat edən Lindsi Qrehemin boş qalan kürsüsü müvəqqəti olaraq onun doğma bacısı Darlin Qrehem Nordona həvalə edilib.

News365.az-ın məlumatına görə, bu təyinat ABŞ Prezidenti Donald Trampın çağırışından dərhal sonra reallaşıb. Tramp özünün “Truth” sosial şəbəkəsində xüsusi paylaşım edərək Nordonun namizədliyini açıq şəkildə dəstəkləyib və bu addımı vəfat edən senatorun xatirəsinə böyük “hörmət” əlaməti kimi qiymətləndirib.

Yetim qalan bacısını böyütdü, indi isə bacısı onun kürsüsünü qoruyacaq

Bu təyinatın arxasında əslində illər öncəsinə dayanan böyük bir ailə dramı və vəfa hekayəsi dayanır. Qrehem ailəsi olduqca ağır uşaqlıq illəri keçirib. Analarını erkən yaşda itirən bacı-qardaşın atası da bu itkidən iki il sonra dünyasını dəyişib. Həmin vaxt cəmi 22 yaşında olan Lindsi Qrehem böyük fədakarlıq göstərərək 13 yaşlı bacısı Darlini öz övladlığına götürüb və onu təkbaşına böyüdüb.

İllər sonra qardaşının senator kürsüsünə oturan Darlin Nordon verdiyi ilk açıqlamada bu bağlılığa diqqət çəkib: “Lindsi uşaqlıqdan bəri həmişə mənim yanımda olub, məni qoruyub. İndi isə onun yarım qalan işini tamamlamaq üçün mən onun yanında olacağam”.

Təyinat müvəqqətidir: Qarşıda seçkilər var

Mövcud qaydalara əsasən, bu təyinat gələn ilin yanvar ayına qədər qüvvədə olacaq. Respublikaçılar Partiyası boş qalan yer üçün avqustun 11-də xüsusi praymeriz (daxili seçki) keçirməyi planlaşdırır. Noyabrda baş tutacaq əsas seçkilərin qalibi isə yanvar ayından etibarən Senatda tam 6 illik müddətə fəaliyyətə başlayacaq.


Sizin reklam burada
Sizin reklam burada