Qədim Çin zəlzələnin istiqamətini müəyyən edən cihaz hazırlayıb

Qədim Çin zəlzələnin istiqamətini müəyyən edən cihaz hazırlayıb
19:20

Müasir seysmoloji cihazlardan təxminən 1800 il əvvəl qədim Çində zəlzələnin istiqamətini müəyyən edə bilən mexanizm hazırlanıb.

News365.az xəbər verir ki, eramızın 132-ci ilində alim və ixtiraçı Çjan Henq tərəfindən yaradılan qurğu dünyanın ilk seysmoskoplarından biri hesab olunur.

Bürüncdən hazırlanan cihazın səkkiz tərəfində əjdaha başları yerləşdirilib. Hər əjdahanın ağzında metal kürəcik olub. Zəlzələ baş verdikdə mexanizm hərəkətə gəlir və kürəciklərdən biri aşağıdakı qurbağanın ağzına düşürdü.

Bu, zəlzələnin baş verdiyini və onun hansı istiqamətdən gəldiyini müəyyən etməyə imkan verirdi.

Qurğunun ən maraqlı xüsusiyyəti isə zəlzələnin baş verdiyi ərazidə olmadan, uzaq məsafədəki yeraltı təkanlardan xəbər vermək üçün nəzərdə tutulması idi.


Sizin reklam burada
Sizin reklam burada