Elektrik enerjisinin müasir dövrdə kəşf edildiyi düşünülsə də, qədim Mesopotamiyada elektrik yarada bilən qurğunun mövcud olması ehtimalı alimlər arasında müzakirə olunur.
News365.az xəbər verir ki, 1930-cu illərdə Bağdad yaxınlığında aparılan qazıntılar zamanı içərisində mis silindr və dəmir çubuq olan gil qablar aşkarlanıb.
Bəzi tədqiqatçılar bu əşyaların turşulu maye ilə doldurulduqda elektrik cərəyanı yarada bilən qədim batareyalar olduğunu irəli sürüblər.
Təcrübələr zamanı oxşar qurğuların elektrik enerjisi istehsal edə bildiyi göstərilib. Lakin arxeoloqlar bu qabların həqiqətən batareya kimi istifadə edildiyinə dair qəti sübut olmadığını bildirirlər.
Onların başqa məqsədlə, məsələn, dini mərasimlərdə və ya metal emalında istifadə edilmiş olması da ehtimal olunur.