Bakıda qadın maşına hücum çəkdi - VIDEO

Bakıda qadın maşına hücum çəkdi - VIDEO
14:25

Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində qadının avtomobilə hücum etdiyi anlar kameraya düşüb.

News365.az xəbər verir ki, hadisə ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Kadrlardan görünür ki, qadın idarə etdiyi avtomobillə qarşısında hərəkətdə olan maşına çırpılıb. Daha sonra avtomobildən düşən qadın həmin nəqliyyat vasitəsinə zərbələr endirib və onun şüşələrini sındırmağa cəhd göstərib.

İddialara görə, hücuma məruz qalan avtomobil hadisəni törədən qadının həyat yoldaşına məxsusdur.

Əldə olunan məlumata əsasən, hüquq-mühafizə orqanları hadisədən xəbərdardır. Qadının artıq aidiyyəti polis şöbəsinə dəvət olunduğu bildirilir.

Hadisə anını əks etdirən görüntüləri təqdim edirik:


Sizin reklam burada
Sizin reklam burada