Məşhur plastik-rekonstruktiv cərrah Dilqəm Məhərrəmov onkoloji xəstəlikdən müalicə alan həyat yoldaşı, plastik cərrah Nərgiz Əhmədovaya dəstəyini nümayiş etdirib.
News365.az xəbər verir ki, Dilqəm Məhərrəmov həyat yoldaşının keçdiyi müalicə prosesində onun yanında olduğunu göstərmək üçün saçlarını qırxıb.
Cərrah bu jestini sosial media hesabında paylaşdığı foto ilə nümayiş etdirib. O, həyat yoldaşı ilə birlikdə çəkdirdiyi fotosuna “Hər şeydə birlikdə” sözlərini əlavə edib.
Dilqəm Məhərrəmovun paylaşımı sosial şəbəkələrdə böyük diqqət çəkib. İzləyicilər şəfalar diləyib və cütlüyə xoş sözlər deyiblər.
